Andrade: "Əlimizdən gələni etməliyik ki, qələbə qazanaq"

Andrade: "Əlimizdən gələni etməliyik ki, qələbə qazanaq" İdman

"Mən burada olmaqdan çox məmnunam. Bu oyun bizim üçün məsuliyyət tələb edən oyundur".

News24.az xəbər verir ki, bu sözləri Azərbaycan çempionu olan "Qarabağ" futbol komandasının yarımmüdafiəçisi Leandro Andrade "Qarabağ"-"Kopenhagen" qarşılaşması öncəsi keçirilən mətbuat konfransında deyib.  

"Fəxr edirəm ki, sabahkı oyunda oynayacağam. Hiss edirəm ki, komanda tam hazırdır və motivasiyamız da var. Bu gün stadiona çıxıb hər şeyi yoxladım. Ümumilikdə hər şey qaydasındadır. Biz bilirik ki, çox çətin oyun olacaq. Zəif komanda deyə bir söhbət yoxdur. Əlimizdən gələni etməliyik ki, qələbə qazanaq", - deyə qeyd edib. 


Xeyrənsə Piriyeva