Andrade "Qarabağ"dan ayrılır? - Meneceri açıqladı
İdman
Bugünlərdə Leandro Andradenin "Qarabağ"dan ayrılacağı ilə bağlı xəbər yayılıb.
26 yaşlı vingerin maliyyə şərtlərinə görə Ağdam təmsilçisinin sıralarını tərk edəcəyi qeyd olunub. Belə ki, "Qarabağ"ın verdiyi pula qane olmayan Andradenin Ukraynanın “Polessye” klubu ilə anlaşacağı gözlənilir.
News24.az xəbər verir ki, Kabo verdeli futbolçunun portuqaliyalı meneceri Eduardo Oliveyra da açıqlamasında Andradenin "Qarabağ"ı tərk etmək üzrə olduğunu bildirib. O, oyunçunun maliyyə baxımından daha sərfəli təklif aldığını söyləyib:
"Andradenin maliyyə baxımından daha yaxşı təklifləri var. Bu, həm onun, həm də "Qarabağ" üçün yaxşı olacaqsa, komandadan ayrıla bilər".
Qeyd edək ki, sözügedən futbolçu 2022-ci ildən "Qarabağ"ın formasını geyinir./Pressing.az/