Antonin "Tottenhem"in heyətində debüt edə bilər
İdman
“Slaviya”dan “Tottenhem”ə keçən Çexiya millisinin 21 yaşlı qapıçısı Antonin Kinski sabah İngiltərə Liqa Kubokunun yarımfinal mərhələsinin “Liverpul”la oyununda “Spurs”un heyətində oynaya bilər.
News24.az yerli mətbuata istinadən xəbər verir ki, hazırki durumda onun oyun şansı çox yüksəkdir.
Məşqçilər korposu onu oyuna kökləməyə çalışırlar. Artıq millinin əsas qapıçısı olmağa hazırlaşan Kinski klubda da özünü sübut etmək üçün şans gözləyir.
Qeyd edək ki, çexiyalı qolkiper bu ilin yanvarında “Tottenhem”lə müqavilə imzalayıb. Hazırkı müqavilə 2031-ci ilə qədərdir.
Ağa Dadaşzadə