Antonio Konte “Napoli”dən ayrıldı - RƏSMİ - FOTO
İdman
İtaliyalı baş məşqçi Antonio Konte “Napoli”dən ayrılıb.
News24.az bildirir ki, klubun mətbuat xidməti istefa barədə sosial mediada məlumat yayıb.
Konte 2024-cü ilin yayından bəri komandaya rəhbərlik edirdi. “Napoli”nin sükanı arxasında debüt mövsümündə komandanı İtaliya A Seriyasının tituluna çıxarıb. Antonio Kontenin komandası 2025/2026 mövsümünü ikinci yerdə başa vurub.
Ümumilikdə, Kontenin rəhbərliyi altında “Napoli” bütün yarışlarda 91 oyun keçirib. Komanda 54 qələbə qazanıb, 19 heç-heçə edib və 18-də məğlub olub. Növbəti mövsümdə neapollular UEFA Çempionlar Liqasında və İtaliya Superkubokunda iştirak edəcəklər.