"Araz-Naxçıvan" AFFA-ya müraciət etdi
İdman
"Araz-Naxçıvan"ın əvəzedicilərdən ibarət komandasının 2026/2027 mövsümündə ev oyunlarını keçirmək istədiyi stadion bəlli olub.
News24.az xəbər verir ki, bu barədə klubdan bildirilib.
Komandanın ev matçlarının Binə stadionunda təşkili üçün AFFA-ya müraciət olunub.
Qeyd edək ki, "Araz-Naxçıvan"ın əsas komandası Azərbaycan Premyer Liqasının 2026/2027 mövsümündə ev oyunlarını Qəbələ şəhər stadionunda keçirəcək./Report/