Arda Gülər zədələndi 

Arda Gülər zədələndi  İdman

İspaniyanın “Real Madrid” klubu Türkiyə millisinin üzvü Arda Gülərin zədələndiyini açıqlayıb.

News24.az xəbər verir ki, klubun rəsmi məlumatına əsasən, 21 yaşlı yarımmüdafiəçinin sağ ayağının arxa bud əzələsində zədə aşkarlanıb. Futbolçunun vəziyyətinin tibbi müayinələrdən sonra müəyyənləşdirildiyi bildirilib.

Qeyd edək ki, Arda Gülər cari mövsümdə 50 oyunda meydana çıxaraq 6 qol vurub. Onun yaşıl meydanlardan nə qədər uzaq qalacağı hələlik açıqlanmayıb.