Arda Gülər ayın ən yaxşı oyunçusu seçildi

Arda Gülər ayın ən yaxşı oyunçusu seçildi İdman

Arda Gülər İspaniya çempionatında mart ayı üçün 23 yaşadək ən yaxşı oyunçu seçilib.

News24.az xəbər verir ki, La Liqada çıxış edən gənc futbolçu bu mükafatı “Real Madrid”də göstərdiyi performansa görə qazanıb. O, mart ayında həm qol, həm də məhsuldar ötürmə ilə komandasına töhfə verib.

Xüsusilə “Elçe”yə qarşı vurduğu uzaq məsafəli qol diqqət çəkib.

Qeyd edək ki, mükafat uğrunda bir neçə gənc futbolçu namizəd olsa da, sonda qalib Arda Gülər olub.