Arda Gülər və Vedat Muriqi yenidən qarşılaşır

Arda Gülər və Vedat Muriqi yenidən qarşılaşır İdman

Dünya futbolunun diqqəti yenidən İspaniyaya yönəlir. Cəmi bir neçə gün əvvəl milli komandaların heyətində qarşılaşan Arda Gülər və Vedat Muriqi bu dəfə "La Liqa"da üz-üzə gələcəklər.

News24.az xəbər verir ki, futbolçular qısa müddət ərzində ikinci dəfə yaşıl meydanda rəqib olacaqlar.

Xatırladaq ki, bir neçə gün əvvəl Dünya Kubokunun seçmə mərhələsi çərçivəsində keçirilən Türkiyə-Kosovo matçında Arda Gülərin komandası qalib gələrək 3 xalı aktivinə yazdırmışdı. İndi isə gənc ulduzun çıxış etdiyi "Real Madrid" Vedat Muriqinin formasını geyindiyi "Malyorka" ilə səfər oyununa çıxır.

Çempionluq yarışında büdrəmək istəməyən "Kral Klubu" üçün bu qarşılaşma böyük əhəmiyyət kəsb edir. "Malyorka" isə öz meydanında Muriqinin qolları ilə turnir cədvəlində yuxarı pillələrə qalxmağı hədəfləyir. Son oyunlardakı yüksək performansı ilə diqqət çəkən Arda Gülərin bu matçda start heyətində yer alacağı və oyunun taleyini həll edən əsas fiqurlardan biri olacağı gözlənilir.