"Arda Gülərin qolu unudulmaycaq"
İdman
“Real Madrid”in əfsanəvi futbolçusu Emilio Butragenyo Arda Gülər haqqında danışıb.
News24.az-ın məlumatına görə, o, Arda Gülərin komanda üçün çox vacib oyunçu olduğunu və komandada rolunun getdikcə artdığını deyib. Butragenyo gənc futbolçunun istedadlı olduğunu və hər gün inkişaf etdiyini vurğulayıb.
O, həmçinin Ardanın “Elçe”yə vurduğu qolun çox xüsusi olduğunu deyib və bu qolun uzun müddət yadda qalacağını qeyd edib.
Butragenyo əlavə edib ki, Arda xüsusilə əks-hücumlarda komandaya böyük fayda verir.