Argentina dünya çempionatında rekorda imza atdı
İdman
Argentina millisi futbol üzrə dünya çempionatının 1/8 finalında Misir üzərində qələbə qazanaraq turnir tarixində unikal rekorda imza atıb.
News24.az xəbər verir ki, bu barədə "Opta" statistik portalı məlumat yayıb.
Bildirilib ki, Argentina dünya çempionatları tarixində əsas vaxt ərzində 79-cu dəqiqəyədək 0:2 hesabı ilə geridə olduğu oyundan qalib ayrılan ilk komanda olub.
Argentina millisi 1/4 finalda İsveçrə – Kolumbiya cütünün qalibi ilə qarşılaşacaq.