Argentina prezidenti uğursuz oyundan sonra milliyə müraciət etdi
İdman
Argentina Prezidenti Xavyer Miley 2026-cı il Dünya Kubokunun finalında İspaniyaya məğlub olan ölkə yığmasına təşəkkür edib.
News24.az xəbər verir ki, o, sosial şəbəkə hesabında paylaşdığı mesajda futbolçuların sona qədər mübarizə apardıqlarını bildirərək komandaya göstərdikləri fədakarlığa görə minnətdarlığını ifadə edib.
Qeyd edək ki, Dünya Kubokunun finalında İspaniya əlavə vaxtda Argentinanı 1:0 hesabı ilə məğlub edərək çempion olub.