Argentina yarımfinala çıxdı
İdman
DÇ-2026-da 1/4 final mərhələsinə yekun vurulub.
News24.az xəbər verir ki, 3-cü oyun gününə 2 matç keçirilib.
Əvvəlcə mundialın sürpriz komandası olan Norveç İngiltərə ilə üz-üzə gəlib. Oyun ingilislərin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
İkinci qarşılaşmada isə son dünya çempionu Argentina İsveçrəni sınağa çəkib. Cənubi amerikalılar 3:1 hesablı qələbə ilə yarımfinala yüksəlib.
Argentina iyulun 15-də keçiriləcək yarımfinal matçında İngiltərə ilə görüşəcək.
İyulun 14-də keçiriləcək ilk yarımfinal matçında isə Fransa İspaniya ilə qarşılaşacaq.