Arnautoviçin yeni klubu açıqlandı

Arnautoviçin yeni klubu açıqlandı İdman

"İnter"dən ayrılan Marko Arnautoviçin yeni klubu bəlli olub.

News24.az xəbər verir ki, avstriyalı hücumçu karyerasını Serbiyada davam etdirəcək.

O, "Srvena Zvezda"ya ilə anlaşıb. 36 yaşlı forvardla 2027-ci ilin yayına kimi müqavilə imzalanıb.

Qeyd edək ki, Marko Arnautoviç 2023-cü ilin avqust ayından "İnter"də çıxış edirdi. O, ötən mövsüm Milan təmsilçisinin heyətində meydana çıxdığı 26 rəsmi matçda 7 qol vurub və 2 məhsuldar ötürmə edib./qol.az