“Arsenal” 22 ildən sonra çempionluğu azarkeşləri ilə qeyd etdi

“Arsenal” 22 ildən sonra çempionluğu azarkeşləri ilə qeyd etdi İdman

İngiltərənin “Arsenal” klubu 2025/26 mövsümündə qazandığı Premyer Liqa çempionluğunu Londonda təşkil olunan paradla azarkeşləri ilə birlikdə qeyd edib.

News24.az xəbər verir ki, “Topçular” mövsümü “Mançester Siti”ni 7 xal qabaqlayaraq başa vurub və 2004-cü ildən sonra ilk dəfə ölkə çempionu olublar.

Açıq avtobusla keçirilən parad zamanı futbolçular və məşqçilər heyəti minlərlə azarkeş tərəfindən böyük coşqu ilə qarşılanıb.

Komandanın yarımmüdafiəçisi Deklan Rays çıxışında komandanı və baş məşqçini çox sevdiyini bildirib, gələcək mövsümdə də yeni uğurlar qazanmaq istədiklərini vurğulayıb.

Kapitan Martin Edeqor isə bu uğur üçün uzun müddət çalışdıqlarını deyərək, çempionluğu azarkeşlərlə birlikdə qeyd etməyin xüsusi hiss olduğunu qeyd edib.