“Arsenal” gənc istedadla müqavilə bağladı

İdman

İngiltərənin “Arsenal” klubu 16 yaşlı mərkəz müdafiəçisi Marli Salmon ilə ilkin müqavilə imzaladığını açıqlayıb.

News24.az xəbər verir ki, klubun yaydığı məlumata əsasən, gənc futbolçu avqust ayında 17 yaşı tamam olduqdan sonra peşəkar müqaviləyə imza atacaq.

2019-cu ildə, cəmi 9 yaşında “Arsenal” akademiyasına qoşulan Salmon qısa müddətdə inkişaf edərək diqqət mərkəzinə düşüb. O, həmçinin İngiltərənin U-16 milli komandasında da çıxış edir.

Klub rəhbərliyi gənc müdafiəçini gələcəyin əsas oyunçularından biri kimi dəyərləndirir.