PSJ ardıcıl ikinci dəfə Çempionlar Liqasını qazandı - Yeniləndi

PSJ ardıcıl ikinci dəfə Çempionlar Liqasını qazandı - Yeniləndi İdman

Bu gün UEFA Çempionlar Liqasında 2025-2026 mövsümünün qalibi məlum olacaq.

News24.az xəbər verir ki, həlledici görüşdə İngiltərənin “Arsenal” və Fransanın PSJ komandaları üz-üzə gələcək.

Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək görüşə Bakı vaxtı ilə saat 20:00-da start veriləcək. Oyunu almaniyalı referi Daniel Zibert idarə edəcək.

Qeyd edək ki, PSJ turnirin son qalibidir. Paris təmsilçisi ötən mövsüm tarixində ilk dəfə bu titula sahib olub. "Arsenal" isə ilk dəfə qitənin bir nömrəli klub turnirinin qalibi olmağa çalışacaq.


Macarıstanın paytaxtı Budapeştdə UEFA Çempionlar Liqasının final matçı start götürüb.

News24.az xəbər verir ki, "Puşkaş Arena" stadionda keçirilən görüşdə turnirin son qalibi PSJ son İngiltərə çempionu "Arsenal"la qarşılaşır.

Matçı almaniyalı hakim Daniel Zibert idarə edir.


“Arsenal” hesabı açıb.

News24.az xəbər verir ki, Kay Haverts 6-cı dəqiqədə fərqlənib.


PSJ hesabı bərabərləşdirir.

News24.az xəbər verir ki, Usman Dembele 65-ci dəqiqədə penaltidən fərqlənir.


Oyun 1:1-lik bərabərliklə bitdi.

News24.az xəbər verir ki, matçda penaltilər olacaq.


PSJ ardıcıl ikinci dəfə Çempionlar Liqasını qazandı.