Asensio iki həftə yaşıl meydanlardan uzaq qalacaq
İdman
"Fənərbağça" futbolçusu Marko Asensio zədə səbəbindən bir müddət yaşıl meydanlardan uzaq qalacaq.
News24.az xəbər verir ki, klubun açıqlamasına görə, futbolçunun sol dizinin ön çarpaz bağında gərilmə və şişkinlik aşkarlanıb. Müayinələrdən sonra onun müalicəsinə başlanılıb.
Asensionun təxminən iki həftə komandasına kömək edə bilməyəcəyi deyib.
Qeyd edək ki, o, Super Liqanın 28-ci həftəsində "Beşiktaş"la oyunun ilk hissəsində zədələnərək meydanı tərk etmişdi.