“Aston Villa” və "AEK Afina"dan Çempionlar Liqasında möhtəşəm start
İdman
“Aston Villa” Çempionlar Liqasının yeni mövsümünə səfər qələbəsi ilə başlayıb.
News24.az xəbər verir ki, İngiltərə klubu Belçikada “Brügge”ni 3:2 hesabı ilə üstələyib.
Makqinn, Buendia və Ceksonun qolları “Villa”ya 3 xal qazandırıb. “Brügge” isə Vetlesen və Tresoldinin qolları ilə hesabı iki dəfə azaltsa da, məğlubiyyətdən qaça bilməyib.
“AEK Afina” da UEFA Çempionlar Liqasının 2026/27 mövsümündə ilk oyununu qələbə ilə başa vurub.
Yunanıstan təmsilçisi doğma meydanda Avstriyanın “LASK” klubunu 1:0 hesabı ilə məğlub edib. Qarşılaşmada yeganə qolu 21-ci dəqiqədə Razvan Marin cərimə zərbəsindən vurub.
Beləliklə, “AEK Afina” turnirin liqa mərhələsinə 3 xalla başlayıb.