Atasını itirən Messiyə təsirli jest - Fotolar
İdman
ABŞ-nin “İnter Mayami” klubunun və Argentina millisinin yarımmüdafiəçisi Rodriqo de Paul Liqalar Kubokunun “Monterrey” ilə matçı zamanı Lionel Messiyə dəstəyini nümayiş etdirib.
News24.az xəbər verir ki, Messinin atası Xorxe Messinin vəfatından sonra keçirilən qarşılaşmada De Paul 32-ci dəqiqədə uzaq məsafədən gözəl qola imza atıb.
Argentinalı futbolçu qol sevincini yaşadığı zaman formasını çıxararaq altından Lionel Messinin “10” nömrəli formasını göstərib.
Qeyd edək ki, səkkizqat “Qızıl top” sahibi Lionel Messi atasının vəfatı səbəbindən “Monterrey” ilə matçda iştirak etməyib. Xorxe Messi 68 yaşında vəfat edib.
