Avropa futbolunda tətil: - Futbolçular üsyan etdi

Avropa futbolunda tətil: - Futbolçular üsyan etdi İdman

İngiltərə Premyer Liqasının futbolçuları artan oyun cədvəlindən sonra tətilə çıxmağı düşünürlər.

News24.az xəbər verir ki, Avro 2024 səbəbiylə dincələ bilmədiklərini deyən ulduz futbolçular, xüsusilə Çempionlar Liqası sistem dəyişikliyindən sonra artan matçlara qarşı səslərini ucaldıblar.

"Mançester Siti"nin ispaniyalı yarımmüdafiəçisi və "Qızıl top"un sevimlisi Rodri, fiziki limitinə çatdığını və zərbə variantının gündəmdə olduğunu bildirib.

Rodri, "Düşünürəm ki, bu nöqtəyə çox yaxınıq. Vəziyyəti anlamaq çox çətin deyil, istənilən oyunçu eyni şeyi deyəcək. Belə davam edərsə, seçimimiz olmayacaq. Əsas olan bizik. Bu idmanın personajları yalnız pul və ya marketinq deyil, eyni zamanda oyunun keyfiyyəti də önəmlidir" dedi.

Keçən mövsüm klubda və millidə 56 matçda forma geyinən Rodrinin komanda yoldaşı Akanji "Bu templə 30 yaşımda futbolu atacağam. İndidən bezmişəm" deyib. 

Eyni zamanda, "Liverpul"un braziliyalı qapıçısı Alisson da daha çox matçın futbolçulara mənfi təsir etdiyini düşünür.

Onu da qeyd edək ki, “Mançester Siti” cari mövsümdə bütün yarışlarda 73 oyun keçirə bilər.

Günel Məlikzadə