Avropa Liqası: "Qarabağ"ın növbəti rəqibi bilinəcək

Avropa Liqası: "Qarabağ"ın növbəti rəqibi bilinəcək İdman

"Qarabağ"ın UEFA Avropa Liqasının 2026/2027 mövsümünün II təsnifat mərhələsindəki potensial rəqibləri azalıb.

News24.az xəbər verir ki, bu barədə UEFA məlumat yayıb.

Ağdam təmsilçisi I təsnifat mərhələsində İslandiyanın "Vestri" komandasını məğlub etsə, "Beşiktaş" (Türkiyə), "Tvente" (Niderland), "Tromse" (Norveç), "Hammarbü" (İsveç) və ya ÇSKA (Sofiya, Bolqarıstan) - "Derri Siti" (İrlandiya) cütünün qalibi ilə görüşəcək.

Xatırladaq ki, UEFA Avropa Liqasının II təsnifat mərhələsinin oyunları 23 və 30 iyulda keçiriləcək.


"Qarabağ"ın UEFA Avropa Liqasının 2026/2027 mövsümünün II təsnifat mərhələsindəki potensial rəqibi bu gün bəlli olacaq.

News24.az xəbər verir ki, püşkatma mərasimi İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil-qərargahında keçiriləcək.

Tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

Ağdam təmsilçisi bu raundda da səpələnmişlər səbətində yer alacaq.

"Köhlən atlar"ın mümkün rəqibləri bunlardır: "Beşiktaş" (Türkiyə), "Tvente" (Niderland), "Tromse" (Norveç), "Sankt Qallen" (İsveçrə), "Hammarbü" (İsveç), "Şerif" (Moldova) - "Aluminiy" (Sloveniya) cütünün qalibi, "Dinamo" (Kiyev, Ukrayna) - "Universtatya" (Kluj, Rumıniya) cütünün qalibi, "Hayduk" (Xorvatiya) - "Jilina" (Slovakiya) cütünün qalibi, ÇSKA (Sofiya, Bolqarıstan) - "Derri Siti" (İrlandiya) cütünün qalibi.

Xatırladaq ki, "Qarabağ" UEFA Avropa Liqasının I təsnifat mərhələsində İslandiyanın "Vestri" komandası ilə üz-üzə gələcək. Bu raundun oyunları iyulun 9-u və 16-da keçiriləcək. Qurban Qurbanovun baş məşqçi olduğu komanda ilk matçını səfərdə keçirəcək.