Avropa Liqasında finalçılar bu axşam bəlli olacaq

Avropa Liqasında finalçılar bu axşam bəlli olacaq İdman

UEFA Avropa Liqasında finalçılar bu gün müəyyənləşəcək.

News24.az xəbər verir ki, yarımfinal mərhələsinin cavab oyunları Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Frayburq Almaniyada Portuqaliyanın "Braqa" komandasını sınağa çəkəcək. Portuqaliya təmsilçisi ilk görüşdə qələbə qazanıb - 2:1.

Digər matçda isə İngiltərə klubları münasibətlərə aydınlıq gətirəcəklər. İlk matçda "Nottinqem Forest"ə 0:1 hesabı ilə uduzan "Aston Villa" doğma meydanda məğlubiyyətin əvəzini çıxmağa çalışacaq.

Xatırladaq ki, final oyunu mayın 20-də İstanbulda təşkil olunacaq.