Avropa Liqasında yarımfinal mərhələsi başlayır
İdman
Bu gün UEFA Avropa Liqasında yarımfinal mərhələsinin ilk oyunları keçiriləcək.
News24.az xəbər verir ki, “Braqa” öz meydanında “Frayburq”u qəbul edəcək, “Nottingem Forest” isə “Aston Villa” ilə üz-üzə gələcək.
Hər iki görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Qeyd edək ki, yarımfinal mərhələsinin cavab oyunları mayın 7-də baş tutacaq.