Avropada bir ilk: onlar üçün xüsusi stadion tikiləcək

Avropada bir ilk: onlar üçün xüsusi stadion tikiləcək İdman

"Brayton" klubu Böyük Britaniyada və Avropada yalnız qadın futbolu üçün nəzərdə tutulmuş ilk stadionun tikintisi planlarını elan edib.

News24.az xəbər verir ki, 10 min tamaşaçı tutumuna malik olacaq arenanın açılışı 2030/31 mövsümünə planlaşdırılıb.

Stadionun klubun kişi komandasının çıxış etdiyi və təxminən 32 min nəfərlik tutumu olan "Falmer Stedium"un yaxınlığında inşa edilməsi nəzərdə tutulur. Yeni arenadakı bütün infrastruktur - soyunub-geyinmə otaqlarından tutmuş foyeyə qədər - məhz idmançı qadınların və qadın futbolu azarkeşlərinin ehtiyacları nəzərə alınmaqla layihələndiriləcək.

Layihənin dəyərinin 75-80 milyon funt-sterlinq olacağı gözlənilir. (Oxu.az)