Avropanın məşhur klubları gənc “Sportinq” ulduzuna göz dikib

Avropanın məşhur klubları gənc “Sportinq” ulduzuna göz dikib İdman

"Sportinq"in gənc vingeri Covani Kuenda Avropanın top klublarının diqqətini çəkib. İnsayder Rudy Galetti sosial şəbəkələrdə yazır ki, 17 yaşlı portuqaliyalıya PSJ, "Liverpool", "Manchester City" və "Manchester United" maraq göstərir.

News24.az xəbər verir ki, mənbənin məlumatına görə, Avropanın top klubları qış transfer pəncərəsində Kuenda ilə müqavilə imzalamağı düşünür. Bu mövsüm futbolçu "Sportinq"də oynayaraq istedadını nümayiş etdirir. O, bu yaxınlarda “Sportinq” – “Benfika” (1:0) arasında keçirilən Lissabon derbisində ən gənc futbolçu olmaqla, Kriştiano Ronaldonun rekordunu qırıb.

Bu mövsüm Kuenda "Sportinq"in heyətində bütün yarışlarda 27 oyun keçirib. Onun iki qolu və üç məhsuldar ötürməsi var.

Ağa Dadaşzadə