Azarkeşlərin “Messi” şüarına Ronaldu belə reaksiya verdi

Azarkeşlərin “Messi” şüarına Ronaldu belə reaksiya verdi İdman

Məşhur futbolçu Kriştianu Ronaldu Lionel Messi şüarlarına reaksiya verib.

News24.az xəbər verir ki, Səudiyyə Ərəbistanı Pro Liqasında “əl-Hilal” və “Ən- Nəsr” klubları arasında keçirilən matçda “əl-Hilal” azarkeşləri “Messi” şüarları səsləndirəndə Ronaldu baş barmağını qaldırıb.

Səudiyyə Ərəbistanı Pro Liqasında "ən-Nəsr" "əl-Hilal"ı qəbul edib.

Gərgin mübarizə şəraitində keçən qarşılaşmada C.Ronaldonun çıxış etdiyi “ən- Nəsr” oynun 1-ci dəqiqəsində Talisca qol vurub.

“əl-Hilal” komandasının oyunçusu Milinkovic Saviç 77-ci dəqiqədə vurduğu qolla hesab bərabərləşib.

Qarşılaşmada ən maraqlı məqam isə “əl-Hilal” azarkeşlərinin tribunadan Ronalduya qarşı “Messi” şüarları səsləndirməsi olub. Ronaldo bu şüarlara baş barmağını qaldıraraq, reaksiya verib.