Azərbaycan güləşçiləri reytinq turnirində - 5 medal qazandılar
İdman
Macarıstanın paytaxtı Budapeştdə reytinq turniri davam edir.
Lent.az xəbər verir ki, yarışın ikinci günündə sərbəst güləş üzrə mübarizəyə yekun vurulub.
Turan Bayramov (74 kq) 1/8 finalda amerikalı Deyvid Kara 3:5 hesabı ilə məğlub olub. Bu çəkidəki digər təmsilçimiz Maqomed-Başir Xaniyev qazaxıstanlı Alibek Abdikassimov xalçaya çıxmadığı üçün qələbə qazanıbsa, Alibekin həmyerlisi Yeldos Kuanişbaya vaxtından əvvəl qalib gəlib – 13:2. Yarımfinalda bəhreynli Maqomedrasul Asluyevi 4:2 hesabı ilə üstələyən Xaniyev həlledici görüşdə yaponiyalı Kоtа Takahaşiyə (0:4) uduzub və gümüş medalı boynundan asıb.