Azərbaycan karateçisi Premyer Liqa turnirində üçüncü yeri tutdu
İdman
Azərbaycan karateçisi Turqut Həsənov Türkiyənin Antalya şəhərində keçirilən Premyer Liqa yarışında bürünc medal qazanıb.
News24.az Teleqraf.com-a istinadla xəbər verir ki, 84 kiloqram çəki dərəcəsində mübarizə aparan yığma üzvü kumite proqramında buna nail olub.
Qeyd edək ki, Azərbaycan turnirdə 8 idmançı ilə təmsil olunub. Milli komanda yarışa məşqçilər Şahin Xudaverdiyev və Şahin Atamovun rəhbərliyi ilə yollanıblar.