Azərbaycan karateçisi Türkiyədə bürünc medal əldə edib

Azərbaycan karateçisi Türkiyədə bürünc medal əldə edib İdman


Azərbaycan karateçisi Turqut Həsənov Türkiyənin Antalya şəhərində keçirilən Premyer Liqa turnirində uğurlu çıxış edib.

News24.az "Report"a istinadla xəbər verir ki, 84 kq çəki dərəcəsində mübarizə aparan idmançı bürünc medal əldə edib.

Qeyd edək ki, Azərbaycan yarışda 8 karateçi ilə təmsil olunub.