Azərbaycan klubunun yeni baş məşqçisi məlum olub

Azərbaycan klubunun yeni baş məşqçisi məlum olub İdman

Qadın voleybolçulardan ibarət "Milli Aviasiya Akademiyası"nın yeni baş məşqçisinin adı açıqlanıb.

News24.az xəbər verir ki, klubdan İdman.biz-ə verilən məlumata görə, komanda Emin Əbilova həvalə edilib.

Onunla 2025/2026 mövsümü üçün müqavilə imzalanıb. Əbilov ötən mövsüm Bakı təmsilçisində köməkçi məşqçi postunda çalışıb.

Qeyd edək ki, yeni baş məşqçi "Azərreyl" və Azərbaycan millisində də işləyib.