Azərbaycan Kuboku: Bu gün ilk finalçı bəlli olacaq

Azərbaycan Kuboku: Bu gün ilk finalçı bəlli olacaq İdman

Futbol üzrə Azərbaycan Kubokunda bu gün ilk finalçı müəyyənləşəcək.

News24.az xəbər verir ki, yarımfinalın cavab oyununda "Turan Tovuz" "Zirə"nin qonağı olacaq.

Qarşılaşma Zirə İdman Kompleksinin stadionunda, saat 19:00-da start götürəcək. Görüşün baş hakimi Əli Əliyev olacaq.

İlk görüşdə "Zirə" iki cavabsız qolla qalib gəlib.

Xatırladaq ki, yarımfinal mərhələsinin digər cavab matçı aprelin 22-də keçiriləcək. "Sabah" "Qarabağ"ı (ilk oyun - 2:2) qəbul edəcək.