Azərbaycan Kubokunun qalibi bu gün bəlli olacaq

Azərbaycan Kubokunun qalibi bu gün bəlli olacaq İdman


Bu gün futbol üzrə Azərbaycan Kubokunun qalibi bəlli olacaq.

News24.az xəbər verir ki, finalda "Qarabağ" və "Zirə" komandaları üz-üzə gələcəklər.

"Liv Bona Dea Arena"dakı qarşılaşma saat 20:00-da start götürəcək.

Qeyd edək ki, "Qarabağ" 83 xalla Azərbaycan Premyer Liqasının qalibi olub. 58 xal toplayan "Zirə" mövsümü ikinci sırada bitirib.