Azərbaycan-Litva oyunu Bakıda keçiriləcək
İdman
Azərbaycan və Litva milli komandaları arasında oktyabrın 4-də keçiriləcək qarşılaşmanın məkanı dəyişdirilib.
News24.az xəbər verir ki, oyunun ilkin olaraq Gəncə şəhərində keçirilməsi ilə bağlı UEFA-nın müvafiq razılığı alınsa da tərəflər arasında aparılmış əlavə müzakirələr, eləcə də qarşılaşmanın təşkili ilə bağlı texniki və logistika məsələlərinin ümumi qiymətləndirilməsi nəticəsində qarşılaşmanın Bakıda keçirilməsi qərara alınıb.
Məkan dəyişikliyi UEFA ilə də razılaşdırılıb.
Qeyd olunub ki, məkan dəyişikliyi Gəncə şəhərinin və stadionun qarşılaşmanı qəbul etməyə hazırlığı ilə bağlı deyil və milli komandalarımızın oyunlarının Bakıdan kənarda, ölkənin müxtəlif şəhər və bölgələrində keçirilməsi AFFA üçün bundan sonra da vacib istiqamətlərdən biri olaraq qalacaq. (Trend)