Azərbaycan Lixtenşteyn yığmasına qalib gələ bilmədi

Azərbaycan Lixtenşteyn yığmasına qalib gələ bilmədi İdman

Azərbaycan millisi UEFA Millətlər Liqasında növbəti oyununu keçirib.

News24.az-ın məlumatına görə, Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv Bakıda Lixtenşteyn yığması ilə üz-üzə gəlib.

Tofiq Bəhramov adına Respublika stadionunda keçirililən D Liqasının 2-ci qrupunun matçı qolsuz başa çatıb.

Azərbaycan millisi hazırda qrupda 2 xalla ikinci pillədə qərarlaşıb. Litva seçməsi 3 xalla liderdir. Hesabında 1 xalı olan Lixtenşteyn sonuncudur./report.az