Azərbaycan millisi FIFA reytinqində üç pillə irəlilədi

Azərbaycan millisi FIFA reytinqində üç pillə irəlilədi İdman

Azərbaycan millisi FIFA reytinqində üç pillə irəliləyib.

News24.az ali futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu komanda 1136.67 əmsalla 124-cü pillədə qərarlaşıb.

Xatırladaq ki, Azərbaycan yığması ötən ay "FIFA Series – 2026" beynəlxalq turnirinin qalibi olub.

Reytinqin ilk pilləsində Fransa (1877.32) yer alıb. İspaniya (1876.40) ikinci, Argentina (1874.81) üçüncüdür.