Azərbaycan millisi Litvaya qarşı
İdman
Azərbaycan millisi bu gün UEFA Millətlər Liqasında növbəti oyuna çıxacaq.
“Qafqazinfo” xəbər verir ki, Ayxan Abbasovun komandası 4-cü turda Litvanı qəbul edəcək.
8-ci km stadionunda keçiriləcək matça saat 17:00-da start veriləcək.
Sentyabrın 27-də komandalar arasında Litvada keçirilən görüş 1:1 hesabı ilə başa çatıb.
Qeyd edək ki, Azərbaycan yığması D Liqasının 2-ci qrupunda 2 xalla ikincidir. Litva isə 4 xalla liderdir.
4 oktyabr
UEFA Millətlər Liqası
4-cü tur
17:00 Azərbaycan – Litva
Baş hakim: Qustavo Korreya (Portuqaliya)
8-ci km stadionu