Azərbaycan millisi qrupdakı sonuncu oyunda məğlub oldu

Azərbaycan millisi qrupdakı sonuncu oyunda məğlub oldu İdman

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Bakıda təşkil olunan Avropa çempionatının C qrupunda sonuncu oyununu keçirib.

News24.az xəbər verir ki, Faiq Qarayevin baş məşqçisi olduğu kollektiv Niderland seçməsi ilə üz-üzə gəlib.

Milli Gimnastika Arenasındakı qarşılaşma rəqibin qələbəsi ilə yekunlaşıb - 3:1.

Azərbaycan millisi 8 xalla qrup üçüncüsü kimi 1/8 finala vəsiqə qazanıb.

Xatırladaq ki, daha əvvəl Portuqaliya, Serbiya və Rumıniyanı məğlub edən yığma Belçikaya uduzub.