Azərbaycan millisi San-Marinonu məğlub etdi
İdman
Azərbaycan millisi San-Marino ilə matçda geridən gəldi və qələbə qazandı!
News24.az xəbər verir ki, Macarıstanın Sombatxey şəhərində keçirilən yoldaşlıq oyununda millimiz 2:1 hesabı ilə qalib gəlib.
Oyuna sürpriz start verilib – 9-cu dəqiqədə San-Marino hesabı açıb və azarkeşləri təəccübləndirib.
Lakin Azərbaycan yığması tez reaksiya verib. 28-ci dəqiqədə Rəhman Daşdəmirovun qolu ilə hesab bərabərləşib və oyun yenidən başlayıb.
İkinci hissədə isə dönüş anı yaşanıb – 50-ci dəqiqədə Renat Dadaşov qələbə qolunu vuraraq millimizi önə keçirib və matçın taleyini həll edib.