Elvin Cəfərquliyev milli komandada

Elvin Cəfərquliyev milli komandada İdman

Futbol üzrə Azərbaycan millisinin heyəti açıqlanıb.

News24.az xəbər verir ki, bu barədə AFFA-dan məlumat verilib.

Komanda mayın 28-dən 30-dək Bakıda, iyunun 1-dən 10-dək isə Avstriyanın Bad-Valtersdorf şəhərində təlim-məşq toplanışında olacaq.

Milli Avstriya toplanışı çərçivəsində iyunun 5-də Malta, 9-da isə San Marino yığmasına qarşı iki yoldaşlıq oyunu keçirəcək.

Macarıstanın Sombatxey şəhərində yerləşən "Haladaş" stadionunda keçiriləcək hər iki görüşün Bakı vaxtı ilə saat 22:00-da başlanması planlaşdırılır.

Milliyə dəvət olunan futbolçular bunlardır:

Qapıçılar: Rza Cəfərov (“Qəbələ”), Şahrudin Məhəmmədəliyev (“Qarabağ”), Emil Balayev (“Neftçi”).

Müdafiəçilər: Bədavi Hüseynov (“Qarabağ”), Cəlal Hüseynov “Arda” (Bolqarıstan), Anton Krivotsyuk “Daejon Hana” (Cənubi Koreya), Rahil Məmmədov (“Araz-Naxçıvan”), Elvin Bədəlov (“Neftçi”), Rəhman Daşdəmirov (“Sabah”), Qismət Alıyev (“Zirə”), Elvin Cəfərquliyev (“Qarabağ”), Rüfət Abbasov (“Şamaxı”), Tellur Mütəllimov (“Sabah”), Toral Bayramov (“Qarabağ”).

Yarımmüdafiəçilər və hücumçular: Emin Mahmudov (“Neftçi”), Səbuhi Abdullazadə (“Sumqayıt”), Rəhim Sadıxov (“Turan Tovuz”), Mustafa Əhmədzadə (“Araz-Naxçıvan”), Emil Səfərov (“Neftçi”), Abdulla Xaybullayev (“Sabah”), Aleksey İsayev (“Sabah”), Rüstəm Əhmədzadə (“Sumqayıt”), Ayxan Hüseynov (“Turan Tovuz”), Vüsal İsgəndərli “Partizani” (Albaniya), Xəyal Əliyev (“Sabah”), Nəriman Axundzadə “Kolambus Kryu” (ABŞ), Mahir Emreli “Kayzerslautern” (Almaniya), Renat Dadaşov “Motor” (Polşa).