Azərbaycan millisinin dünya reytinqində yeri məlum oldu

Azərbaycan millisinin dünya reytinqində yeri məlum oldu İdman

Milli komandaların alternativ dünya reytinqi açıqlanıb.

News24.az xəbər verir ki, "Football Paradise" platformasının hazırladığı "FP World Ranking" siyahısı son beynəlxalq matçların nəticələri əsasında gündəlik yenilənir.

Azərbaycan millisi 219 komandanın yer aldığı cədvəldə 1 286 xalla 183-cü pillədə qərarlaşıb. Ayxan Abbasovun rəhbərlik etdiyi kollektivin aktivinə son nəticələrə əsasən, 9.1 reytinq xalı əlavə olunub. Yığmamız Avropa komandaları arasında 42-ci yerdədir.

Siyahının ilk pilləsində 2 210 xalla İspaniya qərarlaşıb. Argentina 2 129 xalla ikinci, İngiltərə isə 2 085 xalla üçüncüdür.

Qeyd edək ki, bu, FIFA-nın rəsmi dünya reytinqi deyil. FIFA-nın son açıqladığı sıralamada Azərbaycan millisi 126-cı yerdədir.