Azərbaycan millisi Monteneqroya böyük hesabla uduzdu

Azərbaycan millisi Monteneqroya böyük hesabla uduzdu İdman

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsinin II raundunda ilk oyununu keçirib.

News24.az xəbər verir ki, komanda Monteneqronun müvafiq yaş qrupundan olan kollektivi ilə üz-üzə gəlib.

Serbiyanın paytaxtı Belqraddakı qarşılaşma rəqibin qələbəsi ilə bitib - 7:2.

Xatırladaq ki, U-19 noyabrın 14-də Serbiya, noyabrın 17-də Farer adaları ilə qarşılaşacaq.