Azərbaycan pasportu alan idmançının anası: "Oğlum xain deyil"
İdman
Rusiyalı musiqi prodüseri fiqurlu konkisürmə üzrə ikiqat Olimpiya çempionu Yevgeni Plyuşenkonin həyat yoldaş Yana Rudkovskaya, 13 yaşlı oğlu Aleksandrın xəyanətkar olmadığını bildirib.
News24.az xəbər verir ki, Rudovskayanın açıqlamasını “Metro” yayıb.
“Azərbaycana pasport alması o demək deyil ki, oğlum kiməsə xəyanət edib. Əslində Saşa iki ölkəni Azərbaycanı və Rusiyanı təmsil edəcək. Çünki bizim “Anqelı Plyuşenko” Akademiyası beynəlxalq qurumdur və orada 13 ölkədən uşaqlar məşq edir. İdman siyasətdən və sərhədlərdən kənardır!” – deyə o qeyd edib.
Qeyd edək ki, 21 may tarixində mediada Aleksandr Plyuşenkonun idman vətəndaşlığını dəyişməsi barədə məlumat yayılıb. O, beş il müddətində Azərbaycanı təmsil edəcək.