Azərbaycan Premyer Liqasında 511 qoldan 55-i penaltidən vuruldu
İdman
Azərbaycan Premyer Liqasının 2025/2026 mövsümündə 198 oyunda 511 qol vurulub.
News24.az xəbər verir ki, orta qol göstəricisi hər oyuna 2.58 təşkil edib.
Futbolçular 11 metrlik cərimə zərbələrindən 55 dəfə fərqlənib. Qolsuz başa çatan matçların sayı 17-dir.
14 dəfə 11 metrlik cərimə zərbələri qeyri-dəqiq alınıb, futbolçular 15 dəfə avtoqol müəllifi olublar.
Xatırladaq ki, Azərbaycan Premyer Liqasında yeni mövsümə avqustda start veriləcək.