Azərbaycan Premyer Liqasında bu gün iki oyun keçiriləcək

Azərbaycan Premyer Liqasında bu gün iki oyun keçiriləcək İdman

Misli Premyer Liqasında XXXII tura bu gün start veriləcək.

News24.az xəbər verir ki, ilk oyun günündə iki görüş baş tutacaq.

Əvvəlcə "Karvan-Yevlax" "Qəbələ"ni qəbul edəcək. Yevlax şəhər stadionunda, saat 17:00-da başlayacaq matçı Əli Əliyev idarə edəcək. Yevlax təmsilçisi hazırda 14 xalla turnir cədvəlinin sonuncu - 12-ci pilləsində qərarlaşıb. 21 xala malik "Qəbələ" isə 11-cidir.

Günün son matçında "Araz-Naxçıvan" "Kəpəz"lə üz-üzə gələcək. "SOCAR Polymer Arena"da, saat 19:30-da start götürəcək görüşü Rəşad Əhmədov idarə edəcək. "Araz-Naxçıvan" 40 xalla 7-ci yerdədir. 27 xala malik Gəncə klubu isə 10-cudur.

Qeyd edək ki, tura mayın 17-də yekun vurulacaq.