Azərbaycan Premyer Liqasında turun oyunçusu və rəmzi komandası müəyyənləşib

Azərbaycan Premyer Liqasında turun oyunçusu və rəmzi komandası müəyyənləşib İdman
Futbol üzrə Azərbaycan Premyer Liqasında XIV turun rəmzi komandası müəyyənləşib.

Peşəkar Futbol Liqasının rəsmi saytında bildirilir ki, "11-lik"də "Qarabağ"dan 7, "Qəbələ", "Neftçi", "Keşlə və "Səbail"dən isə hərəyə 1 futbolçu yer alıb. 
Turun oyunçusu isə "Qarabağ"dan Dani Kintana seçilib. Yarımmüdafiəçi XIV turda "Zirə"ni 6:0 hesabı ilə məğlub etdikləri matçda "het-trik" edib. 
Qapıçı: Emil Balayev (“Səbail”) - 2 
Müdafiəçilər: Donald Gerrye (“Qarabağ”), Yakub Jezniçak (“Qarabağ”) - 4, Denis Silva (“Keşlə”) - 3, Ömər Buludov (“Neftçi”) - 2
Yarımmüdafiəçilər: Abdullah Zubir (“Qarabağ”) - 4, Filip Ozobiç (“Qarabağ”) - 5, Simeon Slavçev (“Qarabağ”) - 3, Dani Kintana (“Qarabağ”) - 2
Hücumçular: Mahir Mədətov (“Qarabağ”) - 4, Rauf Əliyev (“Qəbələ”).
Qeyd edək ki, futbolçunun adının qarşısındakı rəqəm rəmzi komandaya düşmə sayını göstərir. Turun oyunçusu və rəmzi komanda "InStat”ın təhlilinə əsasən müəyyənləşdirilir. 

//Report