Azərbaycan Premyer Liqasının XXVII turu bu gün başlayır

Azərbaycan Premyer Liqasının XXVII turu bu gün başlayır İdman

Misli Premyer Liqasında XVII tura bu gün start veriləcək.

News24.az xəbər verir ki, ilk oyun günündə bir matç keçiriləcək.

Çempionatın autsayderi "Karvan-Yevlax" "Kəpəz"i qəbul edəcək.

Qarşılaşma Yevlax şəhər stadionunda, saat 15:30-da start götürəcək. Görüşün baş hakimi Nicat İsmayıllı olacaq.

"Karvan-Yevlax" 8 xalla 12-ci, Gəncə təmsilçisi 21 xalla 10-cu pillədə qərarlaşıb.

Xatırladaq ki, tura aprelin 12-də yekun vurulacaq.