Azərbaycan UEFA reytinqində irəlilədi

Azərbaycan UEFA reytinqində irəlilədi İdman

“Sabah”ın Çempionlar Liqasının 2-ci turunda Praqa “Slaviya”sına 2:0 hesabı ilə qalib gəlməsi Azərbaycanın UEFA reytinqində irəliləməsinə səbəb olub.

News24.az xəbər verir ki, bu qələbə ölkəmizin aktivinə 0,500 xal əlavə edib.

Nəticədə Azərbaycan son 5 mövsümün nəticələrinə əsasən hesablanan UEFA ölkələr reytinqində İsraili geridə qoyaraq 24-cü pilləyə yüksəlib. Hazırda ölkəmizin 24,187 xal var.

Azərbaycan klubları cari mövsümdə ümumilikdə 5,625 xal toplayıblar. Klubların UEFA reytinqində də “Sabah” irəliləyib. Bakı təmsilçisi bu mövsüm qazandığı 8 xal sayəsində ümumi xalını 14-ə çatdırıb və 147-ci pillədən 130-cu yerə yüksəlib.

“Qarabağ” isə 36,250 xalla 59-cu sırada qərarlaşıb.