Azərbaycan yığması Avropa çempionatının seçmə qrup mərhələsinə məğlubiyyətlə başlayıb

Azərbaycan yığması Avropa çempionatının seçmə qrup mərhələsinə məğlubiyyətlə başlayıb İdman
19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının seçmə qrup mərhələsində ilk oyununu keçirib.

I qrupda yer alan milli komanda İsraillə üz-üzə gəlib.
Gürcüstanın paytaxtı Tbilisidəki Mixail Mesxi adına Stadionun ikinci meydanında baş tutan qarşılaşma Azərbaycan yığmasının 1:4 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Vüqar Məmmədin baş məşqçi olduğu komandanın heyətində yeganə qolu 82-ci dəqiqədə Emil Qasımov vurub.
Qrupun digər oyununda Gürcüstanla Lixtenşteyn qarşılaşacaq. Həmin görüş Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
Qeyd edək ki, Azərbaycan millisi növbəti matçını noyabrın 17-də Gürcüstana qarşı keçirəcək. Oyun saat 17:00-da start götürəcək. 

//Report