Azərbaycanda bu futbol klubu ləğv olundu
İdman
Azərbaycan çempionatında vaxtilə çıxış etmiş “Karat” futbol klubu rəsmi şəkildə fəaliyyətini dayandırıb.
News24.az xəbər verir ki, bu barədə məlumat İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergilər qəzetində elan dərc olunub.
Qeyd edək ki, Karat Yüksək Liqada 2004-2005-ci il mövsümündə çıxış edib,Komanda mövsümü 10-cu pillədə başa vursa da, fəaliyyətini dayandırdığı üçün aşağı liqaya düşməkdən xilas olan MOİK elitada qalmaq imkanı əldə edib.
Daha ətraflı videoda: