Azərbaycanlı futbolçudan Avroliqada möhtəşəm qol! - Video
İdman
Azərbaycanlı futbolçu Murad Məmmədov Kiprin “Pafos” klubunun heyətində UEFA Avropa Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyununda möhtəşəm qola imza atıb.
News24.az xəbər verir ki, “Pafos” Avstriyanın “Zaltsburq” klubu ilə 3:3 hesablı heç-heçə edib.
Murad Məmmədov 84-cü dəqiqədə komandasının 3-cü qolunu vurub. “Pafos”un digər qollarına Lele və Qabriel Teyşeyra imza atıblar.
“Zaltsburq”un heyətində isə Tabakoviç het-trik edib.
İlk oyunda 0:1 hesabı ilə uduzan “Pafos” iki görüşün nəticəsinə görə 3:4 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb. (Qol.az)